Prezident SƏRƏNCAM İMZALADI

 15:22 06.08.2020     928

Prezident İlham Əliyev Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Redaktor.az-ın məlumatına görə, Sərəncamla Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Koronavirusdan ölən jurnalistin telefonu yoxa çıxıb - TƏBİB-dən açıqlama

 15:17 06.08.2020     1750

Koronavirusdan vəfat edən tanınmış jurnalist Əmrah Fəqanoğluya məxsus telefonun itdiyi barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, jurnalistin ailəsi iddia edir ki, onun telefonu müalicə aldığı “Yeni Klinika”da oğurlanıb və ya itib.

Həmçinin, iddiada qeyd edilib ki, klinikadan bununla bağlı ailəyə heç bir məlumat verilmir.

Məsələ barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:

“Klinikadan həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmadığı deyilib. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilə bilərdi və hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da klinika araşdırma aparır”. //Oxu.az

Azərbaycan və Türkiyə ordusu bu ərazilərə girə bilər - MÜHARİBƏ... / VİDEO

 13:11 06.08.2020     5325

“Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq haqqında saziş imzalanıb. Tovuz döyüşləri baş verəndən sonra məhz həmin sazişin hərbi və hərbi-texniki əməkdaşlıq bəndinə əsasən birgə təlimlərin keçirilməsinə qərar verilib. Bu, həm bütövlükdə bölgədəki hərbi-siyasi, həm də texniki-təhlükəsizlik problemlərini gündəmə gətirib”. 

Bu sözləri Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib. O bildirib ki, birgə təlimlər Dağlıq Qarabağ probleminə baxışı kökündən dəyişib.

 

Ə.Əlibəylinin sözlərinə görə, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərini digər ərazilərdə də keçirə bilər:

“Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq sazişinə əsasən nəzərdə tutulan nöqtələrlə yanaşı, Azərbaycanın Dağlıq Qarabağa aid olmayan, işğal olunmuş rayonlarına qədər nəzərdə tutulan məsafədə faktiki əməliyyat sahəsinə aiddir. Yəni bu o deməkdir ki, həmin bölgələrdə hərbi əməliyyatlar keçirilə bilər. Çünki bu əməliyyatlar mübahisəli qəbul edilən Dağlıq Qarabağ ərazisinə aid deyil".

Mahir Xəttab \ Redaktor.az