Lukaşenko: “Məni koronavirusa qəsdən yoluxdurublar”

 20:53 06.08.2020     875

“Məni koronavirusa qəsdən yoluxdurublar”.

Redaktor.az-ın xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Biz hazırda bunu araşdırırıq”, - deyə Belarus Prezidenti qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl A. Lukaşenko yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu, lakin xəstəliyi simptomsuz keçirdiyini açıqlayıb. //APA