“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir VİDEO

 16:12 09.08.2020     595

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin təlim ərazisində nümunəvi təlim uçuşları keçirilib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.