XİN başçılarının təkbətək görüşü keçirilir

 12:43 11.08.2020     800

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə təkbətək görüşü keçirilir.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Qeyd edək ki, bu gün C. Bayramov Türkiyəyə səfər edib.

Səfər çərçivəsində ikitərəfli və regional münasibətlər, eləcə də dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir.