Şərqi Aralıq dənizində MÜHARİBƏ TƏHLÜKƏSİ - "Türkiyə geri addım atarsa..."

 13:17 14.08.2020     2146

“Şərqi Aralıq dənizi sahilində bir çox ölkələr dəniz sahələrini böyüdürlər. Nəticədə Türkiyənin sahil boyu ərazilərinin Yunanıstanın əlinə keçməsi təhlükəsi yaranır. Bu, Türkiyənin hüquqlarının pozulması deməkdir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Türkiyə və Yunanıstan arasında baş verənləri şərh edərkən deyib:

“Türkiyə və Yunanıstan arasında müharibənin başlayacağına inanmıram. Çünki buna NATO imkan verməz.

İki dövlət arasında danışıqlar Almaniya vasitəsilə aparılır.

Berlindəki növbəti görüşdən sonra Meis adasının bitərəf ərazi kimi qəbul olunması barədə razılıq əldə edilə bilərdi, lakin Misirlə Yunanıstan arasındakı müqavilə buna mane oldu. Misir Türkiyəyə olan nifrətinə görə ərazisinin xeyli hissəsinin itirməyə razılıq verdi.

Hazırda İsrail, Misir və ABŞ kimi ölkələr Yunanıstanı dəstəkləyirlər. Əslində ABŞ münasibətlərin münaqişəyə çevrilməsini istəmir, lakin bəyənatları daha çox Türkiyəyə istiqamətlənir. Avropa Birliyi isə təbii ki, Yunanıstanı dəstəkləyir.

Əslində burada əsas məqsəd Türkiyəni Aralıq dənizi sahillərinə sıxışdırmaq və orada saxlamaqdır. Demək olar ki, bölgədə olan bütün qüvvələr hazırda anti-türk koalisiyası yaradıb, rəsmi Anakaraya qarşı birləşiblər. Təkcə Liviya bu qruplaşmada yoxdur. Çünki indiki Liviya hökuməti Türkiyə ilə müttəfiqdir”.

Ə.Əlibəyli bir neçə maraqlı məqama da diqqət çəkib:

“2010-cu ildən başlayaraq Aralıq dənizində və onun şərqində BP, “Şell” və başqa böyük neft şirkətləri fəaliyyət göstərir. Orada 2 milyard barelə yaxın neft ehtiyatı, 3.45 milyard kub metr qaz var. "Tamar", "Zöhr" kimi yataqlarının kəşfi böyük neft ehtiyatının olması həqiqətini üzə çıxardı.

Türkiyə son hadisələrdən sonra “Oruc Rəis” gəmisini dənizə buraxdı və buna cavab olaraq da Yunanıstan Türkiyənin Meis adasına hərbi gəmiləri göndərdi. Əlbəttə ki, bu addımın əsas səbəbi koalisiya üzvlərinin Türkiyəni güzəştə getməyə məcbur etmək istıyidir. Lakin beynəlxalq və dəniz hüquqları qardaş ölkənin tərəfindədir. Hesab edirəm ki, Türkiyə məsələ ilə bağlı BMT-yə müraciət edəcək.

Düşünürəm ki, Türkiyə var gücü ilə müqavimət göstərməli, güzəştə getməməlidir. Əks halda Türkiyənin dəniz sahilləri ancaq Antalya körfəzindən ibarət olacaq”.

Mahir Xəttab \ Redaktor.az

Evdən çıxan koronavirus xəstələri həbs ediliblər - FOTO

 13:43 14.08.2020     2157

Ölkə ərazisində tədbiq edilən xüsusi karantin rejimi qaydalarına hərtərəfli əməl olunmasına ciddi nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir. Bu istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində «COVİD-19» infeksiyasına yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşlarının sanitar-gigiyenik qaydalara riayət etməklə həyata keçirdikləri əməliyyat nəticəsində bu hərəkətlər yol verən Salyan rayon sakinləri Anar Vəliyev, Məmməd Ağayev, onun oğlu Elvin Ağayev və Kürdəmir rayon sakini Gülöyşə Əhmədovanın olduqları yerlər müəyyən edilib və onlar tutulublar.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərdən Anar Vəliyev və Elvin Ağayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyi hazırda “COVİD-19” virusundan müəlicə alan və həkim nəzarətində olan şəxslərdən özünütəcrid qaydalarına ciddi əməl etmələrini tələb edir. Xəbərdarlıq edərək bildiririk ki, bu qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb olunacaqlar.

22222

“ASAN xidmət”də nikah mərasimlərinə gələnlərə XƏBƏRDARLIQ!

 13:36 14.08.2020     2524

Qeydiyyat şöbələrində təntənəli nikahların qeydiyyata alınması ilə bağlı şərait yaradılıb və təntənəli nikah otaqları var.

Redaktor.az-ın məlumatına görə, bunu 1 saylı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib.

Onun sözlərinə görə, amma pandemiya ilə əlaqədar bu tədbirlər təxirə salınıb: "Bir məqamı da qeyd etmək istərdim ki, qeydiyyat şöbəsində təntənəli nikahların qeydə alınması üçün şərait yaradılıb. Bu otaqlarda təntənəli nikah keçirmək istəyən şəxslər müraciət edir. Bu zaman biz iştirak edənlərin sayına baxırıq”.