Rusiyanın Müdafiə naziri Şoyqu Azərbaycana gəlib

 13:56 25.08.2020     288

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Rusiya Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, S. Şoyqunun səfərinin məqsədi "Ordu Oyunları-2020"-nin Dəniz kuboku" müsabiqəsinin açılış mərasimində iştirak etməkdir.

Rusiya MN-nin məlumatında Şoyqunun səfər çərçivəsində Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla görüşəcəyi və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı qeyd olunub. //APA