Baş nazir Əli Əsədov SƏRƏNCAM İMZALADI

 15:39 25.08.2020     851

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə sərəncam imzalayıb.

Nazirlər Kabinetindən Redaktor.az-a verilən məlumata görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Tovuz Rayon İcra Hakimiyyətinə 450.000,0 (dörd yüz əlli min) manat məbləğində vəsait ayrılıb.Tovuzda Ermənistan tərəfinin atəşi nəticəsində əhaliyə dəyən zərərin aradan qaldırılması üçün vəsait ayrılıb

Mədəniyyət Nazirliyində iki şöbə müdiri təyin olunub

 15:48 25.08.2020     1737

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirlyindən Redaktor.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İlkin Nəsibovun bu vəzifəyə təyin olunması barədə əmr imzalayıb.

Anar Kərimovun digər əmrinə əsasən, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Anar Kərimovun müvafiq əmri ilə Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Nərgiz Abdullayevaya həvalə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən