Mehriban Əliyevaya təbriklər davam edir

 17:08 27.08.2020     1801

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıblar.

Redaktor.az məktubun mətnini təqdim edir:

“Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı, enerji, xoşbəxtlik və firavanlıq arzulayır, bütün işlərinizdə uğurlar diləyirik.

Ulu Tanrı daim Sizi və ailənizi qorusun. Xalqınızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız həyata keçsin.

Bu xoş fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin missiyasına davamlı dəstəyinizə və sadiqliyinizə görə Sizə və Zati-aliləri cənab Prezidentə minnətdarlığımızı bildiririk”.

***

Moskvadakı “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun prezidenti İqor Makarov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Çox hörmətli Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə “ARETİ” beynəlxalq şirkətlər qrupunun rəhbərliyi və kollektivi adından ən səmimi təbriklərimizi qəbul edin.

Ürəkdən arzu edirik ki, bu günün bayram ab-havası həmişə qəlbinizə hərarət versin, həyat Sizə ətrafınızdakı insanların sevgisini, xeyirxahlığını və qayğısını bəxş etsin, çətinliklərdən və problemlərdən qorusun, hər gününüz nurlu, xoş əhvallı, gözəl və sevindirici hadisələrlə dolu olsun.

Sizə, yaxınlarınıza və əzizlərinizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar, səadət və firavanlıq arzu edirəm. Qoy, Sizin bütün planlarınız uğurla həyata keçsin, arzularınız və ümidləriniz gerçəkləşsin!”

***

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli xanım Mehriban Əliyeva,

BP şirkəti və onun bütün heyəti adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, firavanlıq və Azərbaycan Respublikasının tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Vumart və Güvən reklamı Vumart Güvən