Hər an müharibə başlaya bilər - Türkiyədən SƏRT CAVAB

 13:58 28.08.2020     11489

Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizində yaranan gərginlik davam edir. Ötən günlərdə Fransa və İtalya ilə birgə təlimlərə başlayan Yunanıstanın bu həmləsi vəziyyəti daha da ağırlaşdırıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgədə son 1 ay ərzində hücum gəmiləri, sualtı qayıqlarla 15 hərbi təlim keçirən Türkiyə baş verənlərə səsiz qalmaq fikirində deyil. 

Hərbi ekspert Ali Kutluk bildirib ki, sözügedən proseslər hərbi təlimlərdən çox müharibəyə hazırlıq xarakteri daşıyır:

“Türkiyə Silahlı Qüvvələri vurucu gücü ilə öz varlığını arenada göstərir. "Bu mənim maraqlarımdır, toxunanı üzərəm" mesajı verir”.

A. Kutlukun sözlərinə görə, belə şəraitdə Türkiyə gücünü həm siyasi, həm də hərbi arenada ortaya qoymağa hazırdır. 

Lalə Cəfərli / Redaktor.az

1

1