Dünyanın yeni sahibləri: Türkiyə-Rusiya - ƏRDOĞANIN PLANI

Rusiyalı politoloqlar Türkiyənin Qara dənizdə qaz yataqları tapdığı üçün artıq regionda iqtisadi liderlərdən sayıldığını və Qərbdən, xüsuilə ABŞ-dan uzaqlaşıb, yaxın 10 ildə Moskva ilə yaxınlaşacağı ilə bağlı fikirlər səsləndirir.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli Türkiyənin Qərbdən tamamilə uzaqlaşıb Rusiya ilə yaxınlaşmasının real olmadığını bildirib:
“Ola bilər ki, Rusiya siyası çevrələrinin, politoloqlarının arzusudur ki, Türkiyə onların yanında olub, Moskvanın baxışı ilə hərəkət etsin. Lakin Türkiyənin nə Qərbdən uzaqlaşması, nə də Rusiyanın təsiri altında hərəkət etməsi mümkündür. Türkiyə üçün Qərblə və AB ilə olan əlqələr Rusiya ilə əlaqələrdən qat-qat daha sərfəlidir.
Amma Türkiyə əlbəttə ki, öz maraqları çərçivəsində Rusiya ilə müəyyən əlaqələri qura və ya daha da inkişaf etdirə bilər. Amma yaxın 10 ildə bütövlükdə Qərbdən uzaqlaşıb Rusiyaya ilə yaxınlaşacağı ilə bağlı iddialar əsassızdır”.
Ekspert Türkiyə ilə Rusiyanın siyasi maraqlarının bir-birinə zidd olduğunu bildirib:
“Siyasi məsələlərə gəldik də isə iki ölkənin maraqları tamamilə bir-birinə ziddir. Biz bunu Suriyada, Liviyada da gördük. Belə olan halda onlar necə birlikdə hərəkət edə bilərlər? Əlbəttə ki, bu, o qədər də real görünmür”.
Mahir Xəttab / Redaktor.az