Yüksək vəzifəli şəxs işdən azad olundu - Prezident SƏRƏNCAM imzaladı

 21:38 03.09.2020     1270

Prezident İlham Əliyevin Sərəncamı ilə Nadir Hüseynov Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilib.

Redaktor.az-ın məlumatına görə, N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Fariz Rzayev Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

DİQQƏT: Bu sürücüləri cərimə gözləyir

 21:57 03.09.2020     1296

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.

Redaktor.az xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:

“Bu, “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.

Ermənistan Silahlı Qüvvələri Tovuzun Ağdam kəndini atəşə tutub

 19:21 03.09.2020     2701

Tovuzun Ağdam kəndi Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalıb.

Redaktor.az-ın məlumatına görə, Ermənistan Silahlı Qüvvələri bu gün kəndi iriçaplı silahlardan atəşə tutub.

Atəş nəticəsində Ağdam kəndinin sakini Qara Yusifovun evinə və həyətyanı sahəsinə dəyib.

Sakinlər arasında xəsarət alan olmayıb. 

   
2222