Paşinyanın reytinqi tarixi anti-rekord vurub

 14:45 10.09.2020     226

Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi rekord həddə aşağı düşüb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Qeyd olunur ki, keçirilmiş 3 ayrı rəy sorğusu N.Paşinyanın reytinqinin kəskin azaldığını göstərib. Sorğulardan birinin nəticəsinə, əsasən respondentlərin 17,2 faizi baş nazirə etimad göstərdiyini bildirib.

Məlumatlara əsasən, bu cür aşağı göstəricilər hökumət daxilində narazılıqlara yol açıb. Xüsusilə də Milli Təhlükəsizlik Xidmətinin aşağı reytinqi olan baş nazirin istəklərini yerinə yetirməkdə həvəssiz olduğu deyilir. //Trend