Milli Məclisin sədri Türkiyədə səfərdədir

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri olub.
Redaktor.az-ın xəbərinə görə, bu gün baş tutan səfərdə Azərbaycan nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisi sədrinin vəkili Süreyya Sadi Bilgiç qarşılayıb və onlar arasında görüş olub.
Tərəflər Azərbaycan və Türkiyə parlamenti haqqında fikir mübadiləsi aparıblar, hər iki ölkə arasındaki münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bildiriblər. //APA