Yunanıstan Türkiyəni yenidən təhdid etdi: Əgər bunu etsən...

 19:59 10.09.2020     595

Yunanıstanın baş naziri Kiryakos Miçotakis, Türkiyəni yenidən təhdid edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə-Yunanıstan arasında Şərqi Aralıq dənizi istiqamətində baş verən gərginlik yenidən şiddətləndib. Yunanıstanın baş naziri Türkiyə hökumətinə müraciət edərək, sözügedən məsələ ilə bağlı təmkinli olmadıqları təqdirdə Yunanıstanın Türkiyəyə sanksiya tətbiq edəcəyini bildirib.

Qeyd edək ki, sözügedən açıqlama "The Times" qəzetində yayımlanıb və Yunanıstan mediasında böyük səs-küyə səbəb olub.

Lalə Cəfərli / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən