Rusiya Azərbaycanı hərbi təlimlərə dəvət etdi

 11:43 12.09.2020     2173

Rusiya "Qafqaz-2020" strateji komanda-qərargah təlimlərində iştirak etmək üçün Azərbaycan hərbçilərini dəvət edib.

Redaktor.az-ın məlumatına görə, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin xarici hərbi attaşelərə üçün brifinq zamanı deyib .

O bildirib ki, quru qüvvələri qrupunun tərkibində fəaliyyətlərin həyata keçirilməsi üçün Ermənistan, Belarus, Çin, Myanma və Pakistandan olan hərbi birləşmələr təlimə dəvət edilib:

"Bundan başqa, Xəzər hövzəsindəki təlimlərdə iştirak üçün Azərbaycan və İran dəvət olunub"

Təlimlərin iki mərhələdə aparılacağı elan edilib. Birinci mərhələdə hərbi komandanlıq və nəzarət orqanları şərti hərbi-siyasi vəziyyətdə döyüş əməliyyatları planlaşdıracaq. İkinci mərhələ üçün isə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları planlaşdırılır.

"Qafqaz-2020" strateji komanda-qərargah təlimləri sentyabrın 21-26-da keçiriləcək. //Trend