Düşmən səfərbərlik elan etdi - Ermənilər sabahdan...

 14:11 14.09.2020     1012

Sentyabrın 15-dən etibaran Ermənistanda hərbi səfərbərlik həyata keçirilməyə başlanılacaq.

Redaktor.az “1in.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan məlumat yayıb.

Onun sözlərinə görə, 2020-ci ilin sentyabrın 15-dən dekabrən 20-dək  ehtiyatda olan kiçik zabit heyəti və zabitlər ciddi qaydada  hərbi səfərbərliyə  cəlb olunacaq.

Səfərbərliyə çağrılanlar 10 günlük təlimlərdə iştirak edəcəklər. Ümumilikdə ilkin mərhələdə hərbi səfərbərliyə ehtiyatda olan 180 zabit, 82  kişik rütbəli zabitin, 524 sıravi hərbçinin çağrılması nəzərdə tutulub.