Ermənistanın təxribatlarının arxasında nə dayanır? - ŞƏRH

 15:27 15.09.2020     711

“Ermənistan – Azərbaycan sərhəddində atəşkəsin pozulması artan rəqəmlər üzərindən davam edir. Tovuzda daha bir təxribatın baş verməsi isə Ermənistan tərəfinin təxribatlardan əl çəkmədiyininin göstəricisidir”.

Bu sözləri Redaktor.az-a osial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlardan danışarkən deyib. O, Ermənistanın təxribatlarının arxasında dayanan məqsədlərdən bəhs edib:

“Birincisi, Ermənistanda ordu və hakimiyyət arasında parçalanma yaşadığına görə Azərbayacana qarşı fərqli mövqeydədirlər. Sasun Xaçaturyanın rəhbərlik etdiyi Tavuş rayon bölgəsində yerləşən Ermənistanın hərbi birləşməsi Nikol Paşinyanla düşmən şəxslərdən ibarətdir.

Onların hər hansı bir məğlubiyyəti N. Paşinyana bu məğlubiyyət üzərində vahid hakimiyyəti əlində saxlamağa imkan verir.

İkincisi, beynəlxalq aləmin işğal altında olan ərazilərin Azərbaycan Respublikasına məxsus olduğunu tanımasıdır. Bu fakt düşmən tərəfini çox qıcıqlandırır.

Gördündüyü kimi, məhz təxribatları işğal altında olan ərazilərdə deyil, dövlət sərhəddində həyata keçirirlər. Bunun da məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) növbəti dəfə prosesə daxil etmək cəhdidir.

Üçüncüsü, Ermənistanın daxilində ictimai-siyasi vəziyyətin mərkəzləşdirmə istəməsi ilə bağlıdır.

İndi hələlik beynəlxalq güclərin Ermənistanla bağlı planın nə olacağını gözləyək. Zənnimcə, xüsusilə Qərbin burada öz məqsədləri var və onlar Ermənistanın Azərbaycanla toqquşmalara qatılmağının marağındadır. Ermənistan və Azərbaycanın toqquşmasında məqsəd güdən üçüncü tərəflər də var".

Mahir Xəttab \ Redaktor.az