SON DƏQİQƏ: "Tofiq Yaqublunun vəziyyəti ağırdır" - HƏKİM / VİDEO

 15:29 16.09.2020     454

“Tofiq Yaqublu bu gün bizim yanımızdadır, vəziyyəti aclığa uyğundur”.

Bu sözləri Redakor.az-a açıqlamasında professor Adil Qeybulla bir neçə gündür aclıq aksiyası keçirən T. Yaqublunun səhhəti haqqında danışarkən deyib.

 “Hazırda T. Yaqublu aclıq aksiyasına davam edir. Biz ona qida qəbul etməyi tövsiyyə etsək də, o, bunu qəbul etmir. O, ancaq su qəbul edir. Ümid edirəm ki, hər şey yaxşı olacaq”, - deyə o bildirib.

Professor bir insanın maksimum 49-50 günü acılağa dözə biləcəyini bildirib:

“Bir insan 50 gündən çox acılağa dözə bilmir. Əgər insan qeyd etdiyim gündən çox ac qalarsa, bunun çox ciddi fəsadları, hətta ölüm halları belə yaşana bilər”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir. Hökmdən apellyasiya şikayəti verilib.

Mahir Xəttab \ Redaktor.az