Qurban Məmmədov özünü “qəsdən” həbs etdirib – Qardaşı

 10:13 17.09.2020     421

Qurban Məmmədovun həbsi ilə bağlı məndə hər hansı məlumat yoxdur. Bu barədə heç maraqlanmıram.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun həbsi ilə bağlı məlumatlarla bağlı danışarkən deyib. ADP sədri qardaşının Türkiyədə saxlanılması xəbərini mediadan eşitdiyini söyləyib:

“İnterpol axtarışında olduğu halda Türkiyəyə gəlibsə, deməli, nəticəsini də əvvəlcədən bilirdi. Əgər yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var”. //Axar.az