Pakistanın yeni səfiri Azərbaycana gəlib

 14:36 17.09.2020     349

Pakistanın yeni səfiri Bilal Hayee Azərbaycana gəlib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə səfir "Twitter"də bildirib. 

“Təhlükəsiz şəraitdə Bakıya çatdım və Pakistanın Azərbaycandakı səfiri postunu təhvil aldım. Karyeramda yeni bir səhifənin açılmasından və qardaş Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfəmi verməkdən məmnunam”, - deyə pakistanlı diplomat qeyd edib. //APA