Azərbaycan və Gürcüstan XİN başçıları görüşüb

 11:17 24.09.2020     4975

Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində həmkarı David Zalkaliani ilə görüşüb.

Redaktor.az xəbərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, nazir C. Bayramovun Gürcüstana rəsmi səfəri bu gün başa çatacaq.