Erməni təxribatı: Ordumuz əks hücuma keçə bilər - AÇIQLAMA

 14:44 25.09.2020     1428

"Ermənistanın Azərbaycana qarşı təxribatları Qarabağ məsələsində danışıqlar prosesini dayandırıb. Düşmən elə bir ziddiyyətli mövqe tutub ki, danışıqlara başlamaq üçün heç bir əsas yoxdur".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Qarabağ münaqişəsində yenidən danışıqların aparılması ilə bağlı danışarkən deyib. O, Ermənistanın hazırda növbəti təxribata hazırlaşdıığını bildirib:

“İrəvan hakimiyyəti Tovuz təxribatlarından sonra daha da irəli gedərək, işğal olunmuş ərazilərdə məskunlaşma və Azərbaycandan yeni ərazilər işğal etmək planını qurur.

Azərbaycan qəti şəkildə mövqe ortaya qoyub, istənilən variantda ərazilərin işğaldan azad edilməsinə çalışmalıdır. Cəbhədə və sərhəddə situasiya gərgindir. Hər an Ermənistanın təxribatları və hücumu baş verə bilər. Lakin yeni müharibənin başlanması Ermənistan üçün fəlakət olacaq”.

Politoloq Rusiyanın mövqeyindən də bəhs edib: 

“Rusiyanin  mövqeyinə gəldikdə isə, Kreml konkret olaraq Ermənistanı dəstəkləyir. Rusiya XİN rəhbəri Sergey Lavrovun irəli sürdüyü 5 rayon təklifi heç də məqbul variant deyil. Rusiya Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsində maraqlı deyil. Müharibə başlayarsa, Moskva çalışacaq ki, Ermenistana dəstək versin və yeni ərazilərin işğalı reallaşın. Amma Azərbaycan buna imkan verməyib, əks hücumla işğal altında olan ərazilərdə antiterror əməliyyatı başlaya bilər. Düşünürəm ki, belə olan təqdirdə,  Rusiya vasitəçi kimi tərəfləri atəşkəsə çağıracaq”.

Mahir Xəttab \ Redaktor.az