"Hər iki tərəf dərhal..." - Almaniya XİN

 16:30 27.09.2020     2122

"Ermənistan və Azərbaycan dərhal hərbi əməliyyatları dayandırmalı, böhran danışıqlar, sülh yolu ilə həll olunmalıdır".

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Hayko Maasın bəyanatında deyilir.

“Münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatları dayandırmağa çağırıram. Xüsusilə də kəndləri və şəhərləri atəşə tutmağı daynadırmalıdırlar”, - H.Maas deyib.

Onun sözlərinə görə, bu münaqişə yalnız ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll edilə bilər: “Ermənistan və Azərbaycan dərhal güc metodlarından qarşılıqlı danışıqların xeyrinə imtina etməlidir”. //Report