Ermənistanın Bərxudarovla bağlı məlumatı... - Hikmət Hacıyev

 13:05 28.09.2020     2857

Ermənistan tərəfindən saxta məlumatlar hazırlayıb sosial şəbəkələrdə yayılır.

Redaktor.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: “Ermənilər guya azərbaycanlı general Mayis Bərxudarovun əsir götürülməsi ilə bağlı saxta məlumat yaymışdı. Bütün bunlar daxildə yaranmış xaosu azaltmaq məqsədi daşıyır. Ermənilərin yaydığı məlumatların heç bir əsası yoxdur”.