Müharibə alovlanır: Rusiya, Türkiyə, Pakistan... - Qarabağda nə baş verir?

 14:20 28.09.2020     5956

“Aprel döyüşlərindən fərqli olaraq, Rusiya münaqişəyə müdaxilə etmək istəmir.  Çünki burada iki dilemma var.  Birincisi, 3-cü ölkə müharizəyə daxil olsa, bu, regional münaqişədən çıxıb, qlobal müharibəyə çeviriləcək. İkincisi, Türkiyə və Pakistan da bildiriblər ki, əgər münaqişəyə Ermənistan və Azərbaycan tərəflərindən başqa kimsə qoşulsa, onlar ölkəmizə hərbi dəstək verəcəklər". 

Bu sözləri Redaktor.az-a danışan politoloq Turan Rzayev deyib. O qeyd edib ki, son proseslərlə bağlı hərbi əməliyyatların olacağı öncədən bəlli idi:

“Hazırda cəbhədə lokal müharibə gedir. Düşünürəm ki, ölkəmiz hazırda münaqişənin diplomatik yolla həllində maraqlı deyil. Müharibənin bundan sonrakı mərhələsinə gəldikdə isə, hazırkı vəziyyət onu göstəririr ki, ordumuz müvəffəqiyyətlə irəliləyir. Artıq  dünəndən etibarən bəzi ərazilər azad edilib. Murovdağ kimi strateji mövqenin nəzarət altına alınması bir daha onu göstərdi ki, ordumuz müharibəyə tam şəkildə hazırdır".

T. Rzayev qeyd edib ki, Azərbaycan üçün diplomatik cəbhədə də vəziyyət əlverişlidir:

"Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın bəyanatından da görmək olar ki, Türkiyə dövləti istənilən şəraitdə Azərbaycanın yanındadır. Bundan əlavə, Pakistanda da buna bənzər formada Azərbaycanı dəstəklədiyini bildirib. Türkiyənin Azərbaycana qarşı açıq dəstəyi, Rusiyanın münaqişədən neytrallaşmasına səbəb oldu. Aprel döyüşlərindən fərqli olaraq, Rusiya məsələyə müdaxilə etmək istəmir".

Politoloq həmçinin, Rusiya Prezidenti Vladimir Putinin Ermənsitana dəstək vermədiyini vuğulayıb:

"Vladimir Putinin köhnə dostu Robert Köçəryanı yenidən hakimyyətə gətirmək istəyir. Bunun isə tək yolu Qarabağın əldən getməsidir. Bir neçə rayonun işağaldan azad olunması Paşinyanın iqtidarının sonu deməkdir. Bu baxımdan lokal müharibə bir müddət davam edəcək. Yalnız bir şərtlə diplomatik danışıqlara getmək olar ki, işğal olunmuş torpaqlar qeyri-şərtsiz boşaldılsın”.

Şahnun Qasımova / Redaktor.az