POLİTOLOQ: Ordumuz 10-a yaxın kəndi azad edib

 14:41 28.09.2020     4997

Hazırda cəbhədə hərbi əməliyyatlar davam edir. Ordumuz sürətlə irəliləməkdə, düşmən mövqelərini darmadağın etməkdədir. 

İndi hər kəsi düşündürən bir sual var: Rusiya Ermənistana açıq hərbi dəstək verə bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan ordusu 10-dan çox kəndi azad edib. Rusiyanın məsələyə hərbi müdaxiləsi real görnümr:

“Tərtər Su Elektrik Stansiyası tam mühasirədədir. Azərbaycan Ordusu ermənilərin müxtəlif məntəqələrini darmadağın edib. Hazırda ordumuzun çox böyük üstünlüyü var. Ermənistan panika içərisindədir. Əgər Rusiya müdaxilə etməsə, Azərbaycan 2-3 gün ərzində hər şeyi həl edə bilər”.

Qasımova Şahnun / Redaktor.az