BMT Təhlükəsizlik Şurası "DAYANDIR" deyəcək? - "Bizim üçün əhəmiyyətli deyil..."

 11:30 29.09.2020     2908

Bu gün Dağlıq Qarabağdakı durum BMT-nin Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Bu təşəbbüslə Almaniya və digər Avopa ölkələri çıxış edib.

Sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Redaktor.az-a bugünkü toplantıdan da ciddi nəticə gözləmədiyini bildirib:

“Təbii ki, ölkə rəhbərliyi və bizim nümayəndə heyyəti BMT Təhlükəsizlik Şurasının iclasına hazırlıq işlərini əvvəlcədən görüblər.

Təbii ki, iclasda cəbhədə baş verən döyüşlərin dayandırılması, danışıqların yenidən bərpa olunması ilə bağlı çağırışlar olacaq. Amma yada salsaq ki, BMT qərarları 30 ilə yaxındır icra olunmur, bu zaman indiki hər hansı bir qərarın, çağırışın o qədər də əhəmmiyyəti olmayacaq. Çünki Ermənistan tərəfi BMT-nin qərarlarına məhəl qoymadan öz işğalçı siysətini davam etdirir.

Amma düşünmürəm ki, hər hansı bir qətnamə qəbul ediləcək. Lakin hər bir halda biz bu iclasa hazırlıqlı olmalıyıq”.

Mahir Xəttab \ Redaktor.az