Rusiya birbaşa müharibəyə qoşula bilərmi? - EKSPERT RƏYİ

 16:05 29.09.2020     891

“Bugünki toplantıda BMT Təhlükəsizlik Şurasında hər hansı qətnamə qəbul olunmayacaq. Sadəcə məsləhət tipli müşavirələr həyata keçirilir”

Bu sözləri Redaktor.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Onun sözlərinə görə, münaqişələr zamanı Təhlükəsizlik Şurası belə toplantılar keçirir:

“BMT nizamnaməsinin 6-cı fəslinə əsasən qəbul edilmiş qərarlar məcburi icra gücünə sahib olmur. 822-ci saylı qətnamədə isə "Ermənilər tutduqları yerdən çıxmalıdır" deyə qeyd olunub. Lakin onlar bugünə qədər işğal olunmuş torpaqları tərk etməyiblər”.

Ekspertin sözlərinə görə, ermənilərin mülki əhalinin atəşə tutmasını birmənalı şəkildə beynəlxalq humanitar hüququnun pozulmasıdır:

“Ümumiyyətlə, bizim əsas hədəflərimiz düşmənin zirehli tenikası, hava hücumuna qarşı müdafiə qurğularıdır. Çünki müasir müharibədə qalib gəlməyin yolu budur. Bunları sıradan çıxartmaq lazımdır ki, irəliləmək mümkün olsun.

Heç bir müharibə təktərəfli olmur. Başqa dövlətlər də itiffaqda olmalıdır. Mütləq hansısa dövlətlərin dəstəyini almalısan. Bizim Türkiyə dövləti ilə birlikdə silahlı təlimlərimiz keçirildi.

Heç kəs Rusiyanın seperatçı Ermənistana  yardım etdiyini görmək istəmir. Amma NATO kimi qurumlar bilirlər ki, savaş alovlansa, təkcə Türkiyə deyil, Rusiya da bu işə qarışacaq”.

Fərhad Mehdiyev əlavə edib ki, Azərbaycan təbliğat işini də gücləndirməlidir:

“Azərbaycan tərəfinin mülki əhaliyə toxunulmadığı, beynəlxalq humanitar müdəaları pozmadığına dair xəbərlər çatdırılmalıdır. Eləcə də, xarici jurnalistləri qoruma altında cəbhə xəttinə göndərmək lazımdır”.

Şahnun Qasımova / Redaktor.az