Paşinyanın qorxudan rəngi saralıb - DÜŞMƏN TƏLAŞ İÇİNDƏDİR...

 13:14 30.09.2020     12512

Azərbaycan Prezidenti İlham Əliyev güclü arqumentlərlə, əsaslandırılmış faktlarla düşmənin işğalçı siyasətini bir daha ortaya qoydu”.

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişindəki çıxışı haqqında danışarkən deyib.

“Ölkə başçısı fikirlərinin hər birini əsaslandırırdı. Nikol Paşinyan bu dəfə də boş, mənasız və natamam rus dili bilgisi ilə fikirlər səsləndirdi. O, Azərbaycanın Suriyadan ordu gətirdiyini, Türkiyənin münaqişəyə hərbi müdaxilə etdiyini iddia etdi. Lakin bu iddiaların heç birini əsaslandıra bilmədi. Onun üzündən qorxduğu, narahat vəziyyətdə olduğu hiss olunurdu. Ümumilikdə N. Paşinyanın Azərbaycan Prezidentinin yanında nə qədər savadsız, təcrübəsiz olduğu açıq-aydın görünürdü.

Həmin verlişdə oturan ekspertlər də İlham Əliyevin çıxışını alqışladı. Həmçinin, onlar erməni Baş nazirin İlham Əliyev qarşısında çıxılmaz vəziyyətdə qaldığını ifadə etdilər.

Bir sözlə, N.Paşinyanın İlham Əliyevlə bu debatı da əvvəlkilər kimi onun məğulubiyyəti ilə nəticələndi. İnanıram ki, yaxın günlərdə Paşinyan verilişdə olduğu kimi, döyüşdə də məğlub olacaq”.

Mahir Xəttab \ Redaktor.az