"Azərbaycan öz istədiyi kimi sülh müqaviləsi bağlayacaq" - MİLLƏT VƏKİLİ

 14:17 30.09.2020     21584

“Erməni lobbisinin münaqişənin həlli ilə bağlı Azərbaycana təsir etmək imkanları sıfıra bərabərdir”.

Bu fikirləri millət vəkili Elman Nəsirov Redaktor.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan Oordusunun gücü qarşısında heç bir lobbi nəsə edə biləməz:

“Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirir. Belə olan halda, dünyadakı erməni lobbisi şübhəsiz ki, fəaliyyətdədir və fəaliyyətlərini daha da genişləndirirlər.

Güc həlledici amildir. Çünki əvvəl bu münaqişənin həllinə susan beynəlxalq aləm Azərbaycan Ordusu yeni əraziləri işğaldan azad etdikcə, münaqişəyə münasibət bildirməyə başladı. Azərbaycan öz ərazilərində döyüş əməliyyatları aparır və ərazi bütövlüyünü bərpa etmək istəyir. Biz əməliyyatları Ermənistan ərazisində aparsaydı, erməni lobbisi baş verənlərə birbaşa təsir edə bilərdi”.

Millət vəkili onu da bildirib ki, Azərbaycan bu müharibədə qalib gələcək və Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edəcək:

“Hadisələr bir daha onu göstərdi ki, "münaqişənin hərb yolu ilə həlli yoxdur" deyənlər yanılırlar. Bu gün dünyada münaqişələrin 99 faizi müharibə yolu ilə həll edilir. Müharibələr sülh ilə bitmir, sülhə məcbur edilməklə bitir. Müharibədə qalib var, məğlub var. Məsələyə belə yanaşmaq lazımdır. Azərbaycan bu müharibədə qalib gəlib, Ermənistanla istədiyi kimi sülh müqaviləsi imzalamayacaq”.

Zöhrə Pənah / Redaktor.az