ŞOK: Müharibəni uduzan Paşinyan dəli olub? - Dodağını dişləyir və...

 11:10 01.10.2020     30011

"Tibb elimində “panik-atak” (təşvişə düşmək) deyilən məfhum var. Bu, əslində xəstəlik deyil, amma qazanılmış psixoloji travma və stress, yaxud ondan sonrakı həyacan halıdır. Belə vəziyyətdə xəstə özünü itirir və ona elə gəlir ki, artıq sonu gəlib. Ermənistan Baş naziri Nikol Paşinyanın bəyanatları, müraciətləri, dedikləri ilə uzlaşmayan addımları onun psxioloji durumunda problem olduğunu göstərir. Demək olar ki, Nikol Paşinyan hazırda böyük depressiya və emosional pozuntuda aqressiyanın pik həddini yaşayır".

Bu fikiriləri Redaktor.az-a açıqlamasında psixoloq Rəvan Soltanov deyib. Onun sözlərinə görə, N.Paşinyan həm də emosional pozuntu içindədir:

"İnsan eyni mənbədən stress və məyusluq yaşayanda emosional pozuntu yaranır. Belə desək, Paşinyanın "vətən mövzusu", həmçinin vəzifə itirmərk qorxusu var. Bu onu daim gərginlikdə saxlayır. 

N.Paşinyanın müsahibələrini diqqətlə izləsək görərik ki, o, tez-tez dodağını dişləyir, emosional hisslərini idarə etməkdə çətinlik çəkir. Hazırki durum onu göstərir ki, N.Paşinyan böyük depressiya, emosional pozuntuda aqressiyanın pik həddini yaşayır. Onun psixaloji durumu daha da ağırlaşa bilər. 

N.Paşinaynın çıxış yolu isə kompromistdir. Kompromist iki həqiqətin ortaya qoyulması və bunun sayəsində 3-cü orta bir həqiqətin tapılmasıdır. Bizim xalqın istəyi, ermənilərin torpaqlarımızdan çıxması onun yeganə kompromistidir".

Şahnun Qasımova / Redaktor.az