Atəşkəs çağırışına sərt cavab: Öz torpaqları işğal olunsa...

 17:18 01.10.2020     2398

"Əgər atəşkəsin elan olunması Azərbaycandan istənilirsə, birinci növbədə işğalçı Ermənistan Dağlıq Qarabağdan çıxarılmalıdır".

Bu sözləri Redaktor.az-a millət vəkili Fazil Mustafa atəşkəs elan olunması ilə bağlı Azərbaycana edilən çağırışlara münasibət bildirərkən deyib. O, Azərbaycanın öz ərazilərində düşmənin təxribatlarına qarşı əks-hücum həyata keçirdiyini bildirib:

“Belə çağırış edənlərin əlində rəsmi Bakının haqlı davasına qarşı hər hansı bir tutarlı arqumentləri yoxdur. Azərbaycan öz torpaqlarını azad etmək istəyir və indiki vəziyyətdə geri çəkilməyimiz gələcəkdə də münaqişənin qalmasına səbəb olacaq.  Ona görə də, birinci növbədə bu məsələ həll olunmalıdır. Azərbaycan sülh istədiyini dəfələrlə bildirib. Lakin bu sülh ancaq torpqların tam şəkildə azad olunmasından mümkün ola bilər. Bunun başqa yolu yoxdur.

Fazil Mustafa: Azərbaycanda Ermənistandan 26 dollar aşağı maaş alırlar /  İstipress

Bundan əlavə, sülh çağırışı edən ölkələrə sual vermək lazımdır ki, öz torpaqlarınız işğal altında olsaydı, yenə də belə bəyanatlar verərdinizmi? Əvvəlcə bu suala cavab versinlər, sonra çağırışlarını edərlər. Əlbəttə ki, onların verəcək cavabları olmayacaq.

Baxın, həmin çağırışçılar öz torpaqlarının işğalını istəmirlər, amma Azərbaycan torpaqlarının işğalına normal yanaşırlar. Bu, açıq-aydın görünür”.

Mahir Xəttab / Redaktor.az