Ordumuz tarix yazır: Cəmi 6 saat atəşkəs... - VƏ MÜHARİBƏYƏ DAVAM
“Azərbaycan ordusu müassir müharibələr tarixində yeni bir səhifə açdı. Ordumuz çox peşəkar səviyyədə, minumum itki ilə düşmənə maksimum zərbə endirir”.
Bu sözləri Redaktor.az-a politoloq Əhəd Məmmədli Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarından danışarkən deyib. O bildirib ki, Azərbaycanın ordusun istifadə etdiyi taktika, Türkiyənin Suriya və İraqda istifadə etdiyi taktika ilə eynidir:
“Türkiyənin Suriyada, İraqda antiterror əməliyyatlarında istifadə etdiyi taktikanı indi biz Qarabağda düşmənə qarşı əks-hücumda istifadə edirik. Bu taktikanın əsas önəmi birinci ərazilərin təmizlənməsi, daha sonra əraziyə quru qoşunların yeridilməsidir. Əsas məqsəd daha az itki verməkdir.
Əslində biz rus taktikasına öyrəşdiyimiz üçün döyüşlərin tez bir zamanda yekunlaşmasını istəyirik. Amma müassir dövürdə bu metod effekt vermir.
Diqqət edin, adətən müharibədə hücüm edən tərəf daha çox itki verir, amma bizdə əksinədir. Düşmən tərəfi bizdən qat-qat daha çox itki verib. Bu, həm Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarının, həm də yuxarıda qeyd etdiyim taktikanın nəticəsidir.
Azərbaycan ordusu sözdə yox, əməldə də regionda ən güclü olduğunu göstərdi. Ordumuz ərazilərin tamamı geri qaytarılana qədər döyüşlərə davam edəcək. Sadəcə bir az səbrli olmalıyıq”.
Politoloq Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri haqında da danışıb:
“Rusiya Prezidenti Vladimir Putin dünən Qarabağda meyitlərin götürülməsi üçün atəşkəs çağırışı etdi. Əslində bu, müharibə şəraitində normal haldır. Amma burada düşmənə çox zaman vermək olmaz. Fikrimcə, düşmənə meyitlərini yığışdırmaq üçün 6 saat vaxt vermək lazımdır, bundan artıq vermək olmaz. Çünki atəşkəsin ilk addımı atılsa, Rusiya növbəti təkliflər, şərtlər irəli sürə bilər”.
Mahir Xəttab \ Redaktor.az