Ələ keçirilən hərbi qənimətlər... - Prezident açıqladı

 17:57 09.10.2020     728

Prezident İlham Əliyev oktyabrın 9-da xalqa müraciətində düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, dövlət başçısı bildirib: "Sentyabrın 27-dən ordumuz ermənilərdən 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskovator, 27 iqla kompleksi, 1 ZİL maşını, 9 QAZ maşınını ələ keçirib".

Ermənistanın itkiləri barədə də məlumat verən Azərbaycan Prezidenti deyib: "16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 kompleksinin buraxıcı qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib".