"Ermənilərin cəsədlərini toplayıb təhvil vermək istəyəndə..." - Hikmət Hacıyev

 14:55 11.10.2020     306

“Üzümüzü beynəlxalq ictimaiyyətə tutub demək istəyərdik ki, özləri qiymət versinlər. Ermənistan bir tərəfdən humanitar atəşdən danışır, digər tərəfdən Azərbaycanın mülki insanların qarşı hücuma keçir”.

Redaktor.az-ın xəbər verir ki, bunu hadisə yerinə gedən Prezidentin köməkçisi Hikmət Hacıyev söyləyib.

“Humanitar atəşkəs altında dünən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ermənilərin cəsədlərini toplayıb təhvil vermək istəyəndə erməni tərəfi onları atəşə tutublar. Bu nədən xəbər verir? Bu atəşkəs prosesində vasitəçilik edənlər də buna qiymət verməlidirlər. Ona görə də Azərbaycan bütün öz hüquqlarını özündə saxlayır ki, Azərbaycan Silahlı Qüvvələrinə və mülki insanlarına qarşı bu qəbildən hücumların olduğu təqdirdə Azərbaycan beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını rəhbər tutaraq legitim hərbi hədəflərə qarşı tədbirlər görmək iqtidarındadır”, - H.Hacıyev əlavə edib. //Report