Paşinyan etiraf etdi: Qarabağın işğalı sona çatır...

 17:05 14.10.2020     2222

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan xalqına müraciəti oldu. Müraciətdəki etiraflardan bəlli olur ki, ordumuz tərəfindən darmadağın olmaq durumundadırlar.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən millət vəkili Tahir Mirkişili Paşinyanın çətin vəziyyətdə olduğunu bildirib:

“Azərbaycan tərəfindən aparılmış diplomatik fəaliyyət nəticəsində N.Paşinyan hakimiyyətə gələndə bu vəziyyətlə qarşılaşıb: İşğal olumuş 5 rayonu qaytarmaq, sonra isə 2 rayonun qaytarılması qrafikini müəyən etmək, daha sonra Qarabağın Azəbaycan tərkibində statusunun müəyyən olunması ilə razılaşmaq. Yəni, işğal olunmuş rayonlar status əvəzində deyil, sülh əvəzində geri qaytarılmalı idi. Əks halda müharibə olacaq. Ermənistan düşünürdü ki, işğal olunmuş rayonları geri verməklə, əvəzində Dağlıq Qarabağın müstəqillik statusunu Azərbaycandan alacaq. Amma onlara təklif edilən - ərazilərin əvəzində sülh olub. Lakin Paşinyan hökuməti bu şərtlərdən imtina edib, dolayı yolla müharibə yolunu seçib. Bu gün məhz o seçimin acı nəticəsini yaşayırlar. Azərbaycanın indi də şərti əvvəlki kimidir: ərazi əvəzinə sülh. Yəni, ərazilərimizi tərk edin, sülhə nail olaq.

N.Paşinyan vəziyyətin çox çətin, böyük itkilərin olduğunu etiraf edərək, bu vəziyyətin ermənilərin birləşməsi üçün əsas siqnal olmalı olduğunu dedi. Həmçinin, mübarizələrinin nəticəsinin müstəqil Qarabağ olmalı olduğunu deyən N.Paşinyan, rəşadətli Azərbaycan ordusu üçün mühüm imkanlar yaratdı. İnşallah kapitulyasiya masasında görüşənədək!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan orudusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev!” 

Mahir Xəttab / Reaktor.az