Türkiyə danışıqlarda yer alacaq: "Əgər buna razı olmasalar..."

 14:59 15.10.2020     1555

Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonların, xüsusilə Kəlbəcəri işğalından sonra Türkiyə Ermənistanla sərhədləri bağladı və şərt irəli sürdü ki, əgər münasibətləri yaxşılaşdırmaq, sərhədləri açmaq istəyirlərsə, işğal etdiyi ərazilərdən çəkilməlidirlər”.

Bu sözləri Redaktor.az-a politoloq İlqar Vəlizadə Türkiyənin Azərbaycan-Ermənistan arasındaki münaqişənin həlli prosesində olan rolundan danışarkən deyib. O, Türkiyənin danışıqlar prosesində iştirakının vacibliyindən bəhs edib:

“Türkiyə mövqeyini lap əvvəldən ortaya qoyub və münaqişə prosesində birbaşa iştirak edir. Baxmayaraq ki, Fransa, ABŞ Minsk qrupunun həmsədr ölkələridir, amma onların bir o qədər də münaqişə ilə əlaqəsi yoxdur. Lakin Türkiyə heç də Rusiyadan az rol oynamır. Bu baxımdan, əgər danışıqlar masasına oturulacaqsa, prosesin tənzimlənməsi müzakirə ediləcəksə, burada Rusiya kimi Türkiyə də iştirak etməlidir. Çünki Türkiyənin kifayət qədər təsir rıçaqları var. Bütün bu amilləri nəzərə alaraq deyə bilərəm ki, Türkiyənin münaqişənin həllində iştirakı və danışıqlar prosesində rolu vacibdir. Əgər istəyirlərsə prosesin tənzimlənməsi ilə bağlı əsaslı addımar atılsın, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunsun, o zaman Türkiyənin rolunu da qəbul etməlidirlər. Əks halda münaqişənin sülh yolu ilə həlli çox çətin məsələdir”.

Mahir Xəttab \ Redaktor.az