"Ermənistan yeni raket hücumları edə bilər" - TÜRKİYƏLİ EKSPERT

“Ermənistan Dağlıq Qarabağda çətin vəziyyətə düşdüyü üçün Gəncəni hədəf alıb. Bununla rəsmi İrəvan Azərbaycanın diqqətini Qarabağdan yayındırmağa çalışır”.
Bu sözləri Redaktor.az-a türkiyəli hərbi ekspert Həsən Oqtay Ermənistan silahlı qüvvələrinin ötən gecə Gəncə şəhərinin mərkəzi hissəsini raket atəşinə tutması haqqında danışarkən deyib. O, Ermənistanın təkcə Azərbaycan üçün yox, ümumilikdə rgion üçün təhlükə olduğunu bildirib:
“Düşünürəm ki, Gəncəyə hücum bundan sonra da davam edəcək. Çünki Qarabağda Ermənistan ciddi itkilər verib. Bir neçə gün əvvəl N.Paşinyan əsgər çatışmazlığı olduğunu bildirib. Ermənistanın artıq döyüşə biləcək əsgəri yoxdur və bu səbəbdən onlar dünyadan dəstək almaq, üçüncü tərəfi mühairbəyə cəlb etmək istəyirlər.
Həmçinin, Ermənistanın işğalçı olduğunu və Azərbaycan torpaqlarından çəkilməsinin vacibliyi hər kəs tərəfindən bilinir. İrəvan haqsızkən özünü haqlı göstərməyə, müharibəni başqa tərəflərə çəkməyə çalışır.
Bu baxımdan hesab edirəm ki, işğalçı Ermənistanın sadəcə Gəncədə deyil, Azərbaycanın başqa şəhərlərində də təxribat etmə ehtimalı var”.
Mahir Xəttab \ Redaktor.az