ABŞ-da vacib danışıqlar: Ermənilər üçün yolun sonu... - EKSPERT RƏYİ

 12:42 24.10.2020     11279

Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqton görüşünün əsas səbəbi Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini ABŞ hökumətinə çatırmaq idi”.

Bu sözləri Redaktor.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O, görüşün Azərbaycan reallıqlarını, ölkəmizin haqlı mövqeyinin qarşı tərəfə çatdırılması, onun ətrafında faydalı müzakirələr həyata keçirilməsi baxımından vacib olduğunu bildirib:

“ABŞ Minsk qrupunda həmsədr ölkələrdən biridir və Azərbaycanın birbaşa onlarla görüşməsi, hadisələr haqqında müzakirə aparması olduqca önəmli bir məsələdir. Hesab edirəm ki, C.Bayramovun Vaşinqton səfərində Dağlıq Qarabağla bağlı bütün məsələlər geniş şəkildə müzakirə edildi və Azərbaycanın mövqeyi ortaya qoyuldu.

ABŞ hökuməti hazırda Azərbaycanın mövqeyini təhlil edir. Təbii ki, Ermənistan tərəfinin də mövqeyi təhlil olunacaq. Hələ ki, proses davam edir və indiki mərhələdə hər hansı bir nəticə gözləmək tezdir. Yəqin ki, yaxın zamanlarda görüşün nəticəsini görəcəyik”, - deyə sabiq nazir bildirib.

Mahir Xəttab \ Redaktor.az