Trampın nəticəsiz humanitar atəşkəsi... - SEÇKİ ŞOUSU...

 11:40 27.10.2020     2682

“Ermənistan tərəfi hər dəfə atəşkəs rejimini pozmaqla münaqişənin sülh yolu ilə həllinin olmadığını göstərir". 

Bu sözləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu işğalçı Ermənistanın humanitar atəşkəs rejimini pozması ilə bağlı danışarkən deyib:

“Vaşinqtonda 3-cü dəfə humanitar atəşkəs rejimi ilə bağlı razılıq əldə olundu. Nəticə nə oldu? Yenə də Ermənistan tərəfi kobud şəkildə humanitar atəşkəs rejimini pozdu. Əslində burada təəccüblü heç nə yoxdu. Çünki bundan əvvəl də düşmən Moskvada əldə olunan humanitar atəşkəs razılığını pozmuşdu. Bütün bunlar bir daha onu göstərir ki, işğalçı rejimlə sülh dili ilə danışmaq mümkün deyil. Bu, bütün dünyaya subut edir ki, Azərbaycan ortaya qoyduğu mövqedə haqlıdır”, - deyə o bildirib.

Millət vəkili Vaşinqton görüşünün formal xarakter daşıdığını bildirib:

“Əslində Vaşinqton görüşü sadəcə formal olaraq təşkil olunmuşdu. Donlad Tramp ABŞ-dakı ermənilərin səsini qazanmaq üçün belə bir görüşün keçirilməsinə vasitəçi oldu. Açıq desək, o, bununla ermənilərə özünü yaxşı formada təqdim etmək istəyirdi. Amma elə ermənilərin özü bu görüşü səmərəsiz və nəticəsiz etdi. Lakin biz hər zaman olduğu kimi, indi də münaqişənin sülh yolu ilə həllində maraqlıyıq. Bunu da dəfələrlə sübut etmişik. Ölkə başçısının ortaya qoyduğu şərtlər yerinə yetirildiyi təqdirdə, sülhün olması üçün əlimizdən gələni edəcəyik”.

Mahir Xəttab \ Redaktor.az