Paşinyan 10 gün sonra devrilə bilər - ORDUMUZ İRƏLİLƏYİR VƏ...

 01:41 29.10.2020     2666

“Azərbaycanin əks-hücum əməliyyatı Laçın dəhlizi uğrunda davam edir. Ermənistan əlavə qüvvələr gətirsə də, mütləq məğlubiyyətə uğrayacaq”.

Bu sözləri Redaktor.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. O, Ermənistandan heç bir yüksək rütbəli məmur və siyasətçilərin Qarabağa gələ bilmədiyini bildirib:

“Laçın dəhlizinin götürulməsi Ermənistan siyasətində katakalizmə gətirəcək.

Azərbaycan Qarabagla Ermənistan arasında ilkin mühasirə mərhələsinə başlayıb.Əməliyyatlara uğurla davam etməklə, korridor Azərbaycanın tam nəzarətinə keçəcək.

Bundan əlavə, Xocavənd istiqamətində döyüşlər erməniləri tükədir. Həmçinin, gedən döyüşlər və nəzarətə götürülən ərazilər Ermənistana verilən silahların Qarabağa gətirilməsini çətinləşdirir”.

Politoloq hazırda hərbi mərhələnin ən aktiv fazasının yaşandığını bildirib:

“Gedişata baxsaq, Azərbaycan siyasi-hərbi məqsədlərinə 10 gün ərzində çata biləcəyi görünür. Təbii ki, bizim qələbəmiz Ermənistanda çox ciddi dəyişikliyə səbəb olacaq. Şübhəsiz ki, Nikol Paşinyanın devrilməsi istiqamətində siyasi və hərbi elita birləşəcək. Rusiya da bu prosesdə Koçaryan klanını aktiv tutacaq. Bir sözlə, Azərbaycanın hərbi uğurları hər keçən gün Ermənistanda siyasi böhranı dərinləşdirrir”.

Mahir Xəttab \ Redaktor.az