"Bundan sonra regionda vəziyyət dəyişəcək" - POLİTOLOQ

 12:28 14.11.2020     31300

“Uzun illərdir davam edən Ermənistan-Azərbaycan müharibəsinin ikinci mərhələsi imzalanan sülh sazişi ilə birlikdə başa çatdı. Bu, müharibənin və münaqişənin tarixində ikinci mərhələdir”.

Bu sözləri Redaktor.az-a politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bundan sonra regionda vəziyyət nəzərə çarpacaq qədər dəyişəcək:

“Əvvəlcə qeyd etmək lazımdır ki, bütün şərtlər ilə ölkə başçısı birbaşa tanışdır. Prezident Azərbaycanın maraqlarına uyğun olmayan hansısa bir sənədə qol çəkməz. Digər tərəfdən, əgər saziş uğursuz olsa idi, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Prezidentin sözçüsü İbrahim qalın bu sazişi Azərbaycanın qələbəsi adlandırmazdı. Düzdür, sazişdə hələ də qaranlıq qalan məqamlar var, lakin bu yaxın prespektivdə danışıqlar yolu ilə həll edilə bilər. Hələlik proses başa çatmayıb, müyyən məsələlərin müzakirəsi hələ də davam edir. Sadəcə səbrli olmaq lazımdır. Narahat olmağa ciddi səbəb yoxdur”.

Mahir Xəttab \ Redaktor.az