Avropa Birliyi Qarabağla bağlı çağırış etdi

Avropa Birliyi Dağlıq Qarabağda Azərbaycan və Ermənstanın əldə etdiyi atəşkəs razılığına əməl olunması ilə bağlı çağırış edib.
Avropa Birliyinin beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə siyasi təmsilçisi Josep Borrel etdiyi açıqlamasında Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə telefonla danışdığını deyib.
Redaktor.az xəbər verir ki, J.Borrel danışıqlarda atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulayaraq, bu razılığın qalıcı sülhə doğru bir addım ola biləcəyini deyib.
Avropa Birliyi rəsmisi döyüş bölgəsinə yaxın ərazilərdə yaşayan və zərər çəkmiş mülki əhaliyə yardım etməyə hazır olduğunu da bildirib.
Şəfəq Samed \ Redaktor.az