Fəxrəddin Abbasov həbsxanada intihar edib

 13:13 13.11.2020     271

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Redaktor.az xəbər verir ki, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə ittiham olunaraq, 16 il müddətinə azadlıqdan məhrum edilib.

F.Abbasov 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. 

2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb. //Qafqazinfo.az