Fransalı parlamentarilər Gəncəyə səfər ediblər - FOTO

 17:36 13.11.2020     221

Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun üzvləri Gəncəyə səfər edib.

Redaktor.az-ın məlumatına görə, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, qrupun katibi Jan-Lük Reitser və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Ermənistan ərazisindən Gəncə şəhərinə atılan raketlər nəticəsində dağılmış ərazilərə baş çəkiblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqlara faciə ilə bağlı ətraflı məlumat verib. //Report