"Azərbaycan beynəlxalq hüququ tətbiq etməyi bacardı" - Fransız jurnalist

 07:50 14.11.2020     54

İrəvanın Qarabağı istilası nəticəsində Ermənistan-Azərbaycan arasında başlayan münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış və həmin vaxtdan bu böhrandan çıxmaq üçün böyük rol oynaması gözlənilən Minsk qrupu uduzdu. ATƏT-in himayəsi altında yaradılmış, ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu qrup münaqişənin tez həlli istiqamətində öz nüfuzundan istifadə etməyi bacarmadı. Bir tərəfdə başqa prioritetləri olan Donald Tramp, eləcə də güclü və etibarlı diplomatik rol oynamaq üçün Fransadakı ermənipərəst təzyiq qruplarının təsiri altında zəruri bitərəfliliyi saxlaya bilməyən Emmanuel Makron. Digər tərəfdə isə hər iki ölkə ilə yaxşı münasibətləri olan, ənənəvi olaraq Ermənistanı siyasi və hərbi baxımdan dəstəkləyən, eləcə də Azərbaycana da hərbi sursat təchiz edən və hər iki tərəfi danışıqlar masasına yönəldə bilən tək Rusiya.

Redaktor.az xəbər verir ki, bu fikirləri fransız jurnalist Sebastyən Bussua “RT France” telekanalının saytındakı yazısında vurğulayıb.

“Bakının dəfələrlə təsdiqlədiyi kimi, müharibənin məqsədi 30 ildir qəbul edilmiş və Azərbaycanın de-fakto tanınan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edən beynəlxalq qətnamələri yerinə yetirməkdir. Bunlar BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı, BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələridir. Azərbaycan bizim tətbiq etməyi bacarmadığımız beynəlxalq hüququ tətbiq etməyi bacardı”, - deyə jurnalist Sebastyən Bussua yazır.

O, 44 gün davam edən müharibənin Ermənistanın açıq məğlubiyyəti ilə bitdiyini qeyd edib. //AZƏRTAC