Sülhməramlıların komandiri: Vəziyyət sabitləşir

 17:53 14.11.2020     326

"Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur".

Redaktor.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri general-leytenant Rüstəm Muradov video müraciətində bildirib.

O deyib: “Üç dövlətin rəhbərləri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00:00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas xətti ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”. //Report

Vumart və Güvən reklamı Vumart Güvən