MTX rəhbərinə qarşı ittiham irəli sürüldü - Ermənistan

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyana qarşı iki maddə üzrə ittiham irəli sürülüb.
Redaktor.az-ın məlumatına görə, bu barədə MTX-nin sabiq direktorunun vəkili Ervand Varosyan bildirib.
E.Varosyan deyib: "A.Vanetsyanın saxlanılmasının qanunsuz olduğunu başa düşən istintaq tələsik olaraq ona qarşı iki maddə üzrə ittiham irəli sürülüb".
Onun sözlərinə görə, MTX-nin sabiq direktoru hakimiyyəti zorla ələ keçirmək niyyəti və N.Paşinyana sui-qəsd hazırlanmasında ittiham edilib. //Trend