SON DƏQİQƏ: Ağdamda nə baş verir? - Ermənilər rus hərbçilərə hücum edib...

Ağdamda Rusiya sülhməramlıları ilə erməni hərbi qüvvələri arasında atışma baş verdiyi haqda məlumat yayılıb.
Redajtor.az xəbər verir ki, bu haqda ruslara məxus Teleqram kanalları yazıb. İddia edilir ki, erməni hərbi birləşmələri təslim olmaqdan və ərazini təhvil verməkdən imtina edirlər.
Məsələ ilə bağlı saytımıza açıqlama verən politoloq Tofiq Abbasov belə hadisələrin yaşanmasının gözlənilən olduğunu bildirib:
“Ermənistan tərəfi məğlubiyyətlə barışmaq istəmir. Düşənin hazırda Rusiyaya qarşı da aqressiyası var. Bu baxımdan, ermənilər çalışacaq ki, ruslarla da müəyyən haqq hesab etsinlər. Çünki onlar hazırda çarəsiz vəziyyətdədir və düşünülməmiş addımlar atırlar. Hesab edirəm ki, Rusiya bu məsələyə xüsusi diqqət etməlidir. Burada təkcə hərbi deyil, siyasi diqqəti də artırmalıdırlar. Çünki bu hal yolverilməzdir”.
Politoloq ermənilərin sülhməramlı qüvvələrin işlərinə maneə yaratdığını bildirib:
“Azərbaycan heç vaxt sülhməramlı qüvvələrə qarşı təhlükə, problem yaratmayıb. Çünki onlar regiona sülhü təmin etməyə, münaqişənin dinc yolu ilə həllinə nail olmaq üçün gəliblər. Biz onların missiyasını anlayır və ona görə davranırıq. Amma göründüyü kimi, Ermənistan tərəfi onların bu işinə mane olur. Rusiya bunun qarşısını almaq üçün ortaya sərt mövqe qoymalıdır. Əgər Ermənistan sülh yolu ilə münaqişəni bitirmək istəmirsə, mütləq şəkildə hərb yolu ilə danışmaq lazımdır. Bu məsələdə onlara güzəştə getmək olmaz. Rusiya Azərbaycanın mövqeyinin dəyişməz olduğunu yaxşı bilir. Düşünürəm ki, onlar lazımı addımları atacaqlar”.
Mahir Xəttab \ Redaktor.az