"Paşinyana sui-qəsd edilməsi ilə bağlı xəbərlər var" - KEÇMİŞ SƏFİR

 10:41 17.11.2020     6394

“Həm Baş nazir Nikol Paşinyan, həm də separatçıların lideri Arayik Harutyunyan özlərinin fiziki məhvindən qorxurlar, öz həyatları uğrunda mübarizə aparırlar. N.Paşinyanın həyatına sui-qəsd olunması ilə bağlı xəbərlər var. Bunun nə dərəcədə həqiqət olduğunu bilmirəm, bəlkə də o, özünü siyasi baxımdan mühafizə etməyə çalışır”.

Redaktor.az xəbər verir ki, bu sözləri ATƏT-in Minks qrupunun keçmiş həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza bildirib. O, deyib ki, Azərbaycan müharibədə həm hərbi, həm də diplomatik qələbə qazanıb:

“Bunun nəticəsində sülh müqaviləsində  baza prinsiplərinin əksini tapmasını tələb etdi. Azərbaycanın ilkin məqsədi, planı işğalda olan torpaqların azad edilməsi idi. Sonrakı mərhələdə isə Laçın dəhlizi, ermənilərin getməsi və.s məsələləri gəlir. Biz hesab edirdik ki, Rusiya sülhməramlıları da iştirak etməyəcək, kənar qüvvələr olacaq. Rusiya da bununla razı idi. Lakin, Şuşanın azad edilməsindən sonra reallıq dəyişdi. Ola bilər ki, Rusiyanın Ermənistana hər hansı cəhdləri, məhdud sayda köməyi ola bilər. Amma onlar heç vaxt Azərbaycana qarşı müharibə apara biləcək gücə, qabiliyyətə sahib olmayacaqlar. Çünki Azərbaycanın qələbəsi böyükdür. Orada rus sülhməramlıları ilə yanaşı türklər də olacaq. Türkiyə 18-ci əsrdən bəri bu ərazilərə gəlməyə çalışırdı, lakin Rusiya buna mane olurdu. Hazırki vəziyyət isə Rusiya üçün böyük məğlubiyyətdir. Ermənistan müharibə istədi və Azərbaycan onu məğlub etdi. Ona görə də Qarabağda olan erməni hərbi birləşmələrinin yenidən müharibədən danışması qeyr-mümkündür”.

Şəfəq Samed \ Redaktor.az